Ötən ilin sentyabr döyüşlərində fərarilik edən 6 erməni hərbçi HƏBS EDİLDİ

Ötən ilin sentyabr döyüşlərində fərarilik edən 6 erməni hərbçi HƏBS EDİLDİ

Hazırda oxunan: Ötən ilin sentyabr döyüşlərində fərarilik edən 6 erməni hərbçi HƏBS EDİLDİ

116353

Ötən ilin sentyabr ayında Azərbaycanla sərhəddə baş verən atışma ilə bağlı başlanan cinayət işi üzrə müttəhimlərin sayı 16-ya çatıb, onlardan 6-sı həbs edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin nəzarət şöbəsinin rəisi Perç Ayvazyan İctimai Televiziyanın  efirində məlumat yayıb.

“Bundan əvvəl İstintaq Komitəsinin sədri Arqişti Kyaramyan bəyan etmişdi ki, 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi əməliyyatlarla bağlı cinayət işi üzrə 11 erməni hərbçisi istintaqa cəlb olunub. Bu cinayət işlərindən 6-sı artıq yekunlaşıb və ittiham aktı ilə məhkəməyə göndərilib, qalanları üzrə ibtidai istintaq davam edir”, - Ayvazyan bildirib.
Onun sözlərinə görə, ittihamlar əsasən döyüş zamanı xidməti vəzifələrini yerinə yetirməməklə bağlıdır. Ölənlərin yaxın qohumları da daxil olmaqla 600-dən çox şəxs zərərçəkmiş kimi tanınaraq dindirilib, 1500-dən çox şahidin ifadələri alınıb.

Cinayət işi çərçivəsində Basarkeçər, İstisu və Zəngəzur rayonlarının 12 icmasında 7-dən çox ekspertiza təyin edilib, 100-dən çox hadisə yerinə baxış keçirilib.

İstintaq Komitəsinin nümayəndəsi onu da bildirib ki, istintaqın əldə etdiyi və Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatlara görə, ötən ilin sentyabrında 224 nəfər ölüb, onlardan 3-ü mülki şəxsdir. Hazırda üç nəfər itkin düşmüş hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO