Erməni uşaqları öldürməliyik?

Erməni uşaqları öldürməliyik?

Hazırda oxunan: Erməni uşaqları öldürməliyik?

1157

Ermənilərin dinc sakinləri, uşaqları qətlə yetirməsinə cavab olaraq biz də erməni uşaqlarını öldürməliyikmi?

KİV-də, sosial şəbəkələrdə təbliğatımızın daha təsirli olması üçün biz də ermənilər kimi yalan məlumatdan, fotoşopdan, feyk videolardan istifadə etməliyikmi?

Biz də ermənilər kimi “müharibədə bütün vasitələr keçərlidir” – deyərək hər alçaqlığa əl atmalıyıqmı?

İlk baxışdan fikirləşmək olar ki, düşmənin bizə qarşı istifadə etdiyi silahdan biz niyə istifadə etməyək?! Amma cavab verməzdən əvvəl gəlin düşmənlə özümüzü müqayisə edək.

Ermənistanın bu məsələdə mövqeyi tam yalan üzərində qurulub. Dünya erməniliyi TOTAL YALAN içindədir. Kiçikdən böyüyə, avarasından baş nazirinə qədər hamısı nəinki yalan danışır, özləri də bu yalanlara inanır və heç bir dəlil-məntiq qəbul etmək istəmir. Qarabağ məsələsində də Ermənistanın mövqeyində tarixi “dəlillərdən” tutmuş, beynəlxalq qanunların, müqavilələrin traktovkasına qədər hər şey yalandır və etiraf edək ki, onlar bu yalanlardan çox məharətlə istifadə edirlər. Yalnız erməni bu dəqiqə hamının gözü qarşısında baş verənləri təhrif edib istədiyi kimi təqdim etmək və sadəlövh insanları inandırmaq “istedadına” malikdir. Bu, onların silahıdır. Əsrlər boyu istifadə etdikləri, təkmilləşdirdikləri silah. Məhz elə buna görə də özümüzə başqa silah seçməliyik. Biz heç vaxt bu silahdan onlar kimi məharətlə istifadə edə bilməyəcəyik.

- Niyə?

- Gəlin düşünək.

Nə baş verdi ki, Azərbaycan xalqı yumruq kimi birləşdi? Niyə qısa müddətdə hamı bir-biri üçün vətəndaş, soydaş, qardaş oldu? Niyə hamı eyni anda malımız, mülkümüz, canımız VƏTƏNƏ QURBAN! - dedi? Necə oldu ki, birdən-birə belə böyüdük?

-Təbii ki, birdən-birə olmadı. Əslində bizi indiyədək kiçildən, cılızlaşdıran, bir-birimizə qarşı aqressiv edən YALAN idi. Biz bilirdik ki, yalan danışırıq. “Qarabağ problemi böyük dövlətlərin oyunudur”, “ermənilər üçün ruslar döyüşürdü”, “müharibəni yox, döyüşü uduzmuşuq”, “lazım gəlsə...” kimi ifadələr həqiqət olduğu qədər də bəhanə idi. Təhtəlşüuri olaraq, ruhən bunu anlayırdıq. Minlərlə igidimizin bu müharibədə aslan kimi döyüşməsinə, canından keçməsinə baxmayaraq torpaqlar itirilmişdi.

BİZ UDUZMUŞDUQ. Ya vəlvələdən, ya zəlzələdən.

Bu yalan bizim ruhumuzu zəhərləyirdi. Başqa  yalanları bizim üçün adiləşdirirdi. Yalan tədricən həyat tərzinə, qazanc vasitəsinə, siyasi alətə, rüşvətə çevrilirdi. Bəli, bunlar hamısı Qarabağ məğlubiyyətinin nəticəsi idi. Çünki ruh üçün bir yalan çox, bir yalan az – fərq etməz. Ruh bilir ki, “bir az hamilə qalmaq olmur – ya hamiləsən, ya da yox! YA HƏQİQƏTSƏN, YA DA YOX! Ya böyüksən, ya da erməni!

Sentyabrın 27-də isə Həqiqət günəşi doğdu.

Həqiqət - müharibədən yox, vətənin işğal altında qalacağından qorxmaqdır.

Həqiqət – cırıq ayaqqabı ilə gəzərək son qəpik-quruşunu orduya yardım fonduna köçürməkdir. 

Həqiqət - bütün dünya sənə qarşı olsa belə, VƏTƏN üçün döyüşməkdir.

Həqiqət cəsarətdir, sevgidir, təəssübkeşlikdir, yalan isə qorxaqlıq, eqoistlik, tamahgirlikdir. Həqiqət ucaldır, böyüdürsə, yalan tam əksini edir. Vətəni üçün çalışan, döyüşən adam ruhən qat-qat daha güclü olur. Yalnız maddiyyat barədə düşünən, başqasının torpağına, malına göz dikən, rüşvət alan, oğurlayan insanın isə qarnı, sifəti, evi, maşını böyüsə də ruhu cılızlaşır, idbarlaşır, erməniləşir.

Çünki, ruhu aldatmaq olmaz. O, TANRIDANDIR.

Məhz buna görə bizim silahımız yalnız həqiqət olmalıdır. Biz həqiqətlə daha güclüyük. Bizim kökümüz, gen kodumuz həqiqət üzərində qurulub. Biz silahsız qadına, uşağa qarşı döyüşmərik, mübarizəmizi alçaqlıq, yalan, iftira üzərində qurmarıq. Bu bizi məhv edər. Çünki biz haqlı olduğumuza, böyük olduğumuza tam ruhumuzla əmin olmalıyıq.

“Bizim sözümüz imzamız qədər keçərlidir” - dedi Ali Baş Komandan və bunu əməldə də sübut etdi. Heç bir mülki obyekt ordumuz tərəfindən hədəf seçilmədi. Ermənistan tərəfinin hər gün yüzlərlə yalan yayması fonunda Rəsmi Bakının yalnız həqiqi, yoxlanılmış, görüntülərlə təsdiqlənən xəbərlər yayması dünyada Azərbaycanın imicinə müsbət təsir etməklə yanaşı, həm də insanların hakimiyyətə inamını heç vaxt olmadığı qədər ən yüksək səviyyəyə qaldırdı.

Beləliklə, Müqəddəs Vətən müharibəsində biz ən böyük qələbəmizi artıq qazanmışıq. Bu qələbə bizim birliyimiz, həqiqətə qovuşmağımız, özümüzə qayıtmağımızdır. Çalışaq bu həqiqəti, bu gücümüzü itirməyək.

Dünyada heç bir maddiyat vətənin mənafeyindən üstün ola bilməz!

Şahin Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO