Ermənistan prezidenti 15 hərbçinin ölümünə görə bu komandirləri işdən qovdu - ADLAR

Ermənistan prezidenti 15 hərbçinin ölümünə görə bu komandirləri işdən qovdu - ADLAR

Hazırda oxunan: Ermənistan prezidenti 15 hərbçinin ölümünə görə bu komandirləri işdən qovdu - ADLAR

115569

Ermənistan prezidenti Vaaqn Xaçaturyan ikinci ordu korpusunun komandiri Vaqram Qriqoryanı vəzifəsindən azad edib. 

Bizim.Media xəbər verir ki, müvafiq sərəncam prezidentin saytında yerləşdirilib.

Ermənistan İctimai Televiziyasının məlumatına görə, 2-ci korpus komandiri ilə yanaşı, onun müavinləri - polkovnik Miqran Maxsudyan (baş qərargah rəisi), polkovnik Şiraz Xaçatryan (maddi-texniki təminat üzrə müavini), polkovnik Artur Ohanyan (döyüş növbətçiliyi üzrə müavini) vəzifəsindən kənarlaşdırılıb.

Komandirin müavini, briqadanın qərargah rəisi, polkovnik-leytenant Rudik Akopyan, maddi-texniki təminat briqadası komandirinin müavini, polkovnik-leytenant Qor Axekyan, briqadanın mühəndis xidmətinin rəisi, kapitan Tiqran Qazaryan və mühəndis rotasının komandiri, kapitan Qorqyan da öz postlarını tərk edəcəklər.
Qeyd edək ki, bundan əvvəl “Sputnik Ermənistan” Ermənistan Silahlı Qüvvələrinin arxa idarəsinin yanğın təhlükəsizliyi xidmətinin rəisi, polkovnik Sarqis Mazmanyanın da vəzifəsindən getdiyi barədə məlumat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO