“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə reaksiyası bir sıra siyasətçilərin fikirləri ilə üst-üstə düşmürdüsə, bu o demək deyil ki, anlaşılan olmayıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Ermənistanın KTMT təlimlərinə ev sahibliyi etməkdən imtina etməsini şərh edərkən deyib.
"KTMT-nin reaksiyası olub və onu anlaşılmayan adlandıra bilmərəm. Ötən il Ermənistan Müdafiə Nazirliyi Qazaxıstanda KTMT-nin birgə təlimlərində iştirak etmək üçün hərbi kontingent ayırmayıb.
Bu, təbii ki, müttəfiqlər üçün müəyyən çətinliklər yaradır. Tərəflər arasında razılaşmalar və müəyyən edilmiş fəaliyyət planı var. Bundan yayınmağa dəyməz. Baş verənlərin bir komponentini ayrıca müzakirə etməyə dəyməz", deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:30 / 12.01.2023
Ermənistan KTMT-yə çətinlik yaradır – Rəsmi Moskva
Hazırda oxunan: Ermənistan KTMT-yə çətinlik yaradır – Rəsmi Moskva
Hazırda oxunan: Ermənistan KTMT-yə çətinlik yaradır – Rəsmi Moskva
114407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.