Erməni general Tovuzla sərhədə gəldi – Yenə nə baş verir?

Erməni general Tovuzla sərhədə gəldi – Yenə nə baş verir?

Hazırda oxunan: Erməni general Tovuzla sərhədə gəldi – Yenə nə baş verir?

11434

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan üçüncü ordu korpusunu ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə çərşənbə günü Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Erməni generalı: "Qarabağ artıq Ermənistan deyil"


Səfərin 9 fevralda baş tutduğu deyilir. 

Qasparyan hərbi hissə komandirləri və müavinləri, tabur komandirləri, xidmət rəisləri ilə iclas keçirib.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəhbərinə mövcud problemlər, sərhəddəki vəziyyət, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılmasına yönəlmiş işlərin gedişi təqdim edilib.

Qasparyan əlavə xidmətin təşkili və mövcud problemlərin həlli üçün müvafiq əmrlər verib. Qeyd edək ki, üçüncü ordu korpusu sərhədin Tavuş istiqamətində (Azərbaycanın Tovuz rayonunun sərhədində) yerləşdirilib. 

Korpusun komandiri, KTMT-nin sabiq baş katibi və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun oğlu general-mayor Qriqori Xaçaturovdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO