Ermənistan polisi Qarabağdan gələn ermənilərdən pul qoparan şəxsləri ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Sputnik Armenia” nəşri yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakının icazəsi olmadan Xankəndiyə heç kəs daxil ola bilməz - Erməni KİV
Araşdırmalar zamanı məlum olub ki, özlərini polisin "6-cı şöbəsi"nin zabitləri və Baş nazirin köməkçiləri kimi təqdim edən şəxslər Dağlıq Qarabağdan köçən ermənilərdən pul qoparıblar.
Dələduzlar onları mənzillə təmin etmək bəhanəsi ilə aldadıblar və saxta mülkiyyət şəhadətnamələri veriblər. Əvəzində isə konkret məbləğ (6 min, 9 min və 12 min dollar) tələb ediblər.
Məbləğin bir hissəsi ödənildikdən sonra qarşı tərəf duyuq düşüb və polisə şikayət edib. Nəticədə dələduzlardan biri tutulub.
Hazırda cinayət işi başlanılıb.
Bizim.Media