Məhkəmə Robert Köçəryanın Paşinyana qarşı iddiasını rədd etdi

Məhkəmə Robert Köçəryanın Paşinyana qarşı iddiasını rədd etdi

Hazırda oxunan: Məhkəmə Robert Köçəryanın Paşinyana qarşı iddiasını rədd etdi

114167

Xəbər verdiyimiz kimi, Baş nazir Nikol Paşinyan 2021-ci il martın 1-də keçirilən mitinqdə bəyan edib ki, 2008-ci ilin martında Ermənistan liderləri ordunu xalqa qarşı qaldırıb və vətəndaşları güllələmək qərarına gəliblər. O, həmçinin bildirib ki, bu işdə təqsirləndirilən şəxslər var və onlar hazırda məhkəmədədir. Bu açıqlamaya görə, 2008-ci ilin martında prezident olan Robert Köçəryan ədalətli məhkəmə hüququnu pozduğuna görə Paşinyana və Ermənistana qarşı iddia qaldırıb.

Bu iddia məhkəmədə hakim Sergey Saakyan tərəfindən rədd edilib.

Bizim.Media xəbər verir ki, informasiya “Datalex” məhkəmə informasiya saytında yer alıb.
Müdafiə tərəfi eks-prezidentin xeyrinə 5 min dollar təzminatın alınmasını və baş nazirdən 2021-ci ildə İrəvanda Respublika meydanında verdiyi bəyanatları açıq şəkildə təkzib etməyi tələb edib. 

Vəkillərin fikrincə, 2008-ci il martın 1-də baş verən hadisələrdə Köçəryanın təqsirsizliyinə şübhə ilə yanaşırlar.

Məhkəmə qərarına əsasən təzminatın ödənilməsi ilə bağlı iddialar əsassız hesab edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO