Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
“Arutyunyanın prezidentliyi “müstəqil Arsax” adlanan bir komediyanın son aktı idi” - Karabekyan
Arutyunyan general-leytenant Muradova əsirlərin mübadiləsindəki fəal iştirakına və itkin düşənlərin axtarışında göstərdiyi köməyə görə təşəkkür edib.
Rus kontingentinin fəaliyyətinin səmərəliliyini qeyd edib.
Görüşdə bir sıra qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Bizim.Media