Peskovdan Paşinyanın KTMT təlimləri ilə bağlı açıqlamasına REAKSİYA

Peskovdan Paşinyanın KTMT təlimləri ilə bağlı açıqlamasına REAKSİYA

Hazırda oxunan: Peskovdan Paşinyanın KTMT təlimləri ilə bağlı açıqlamasına REAKSİYA

113992

Rusiya Ermənistanın KTMT təlimlərinin keçirilməsindən imtinası ilə bağlı mövqeyinin təfərrüatlarını aydınlaşdıracaq.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov səsləndirib.

Onun sözlərinə görə, KTMT-nin Ermənistanda planlaşdırılan təlimləri başqa ölkələrin ərazisində də keçirilə bilər.  O, əlavə edib ki, istənilən halda Ermənistan Rusiyanın yaxın müttəfiqi olaraq qalır.
Xatırladaq ki, bu gün keçirdiyi mətbuat konfransında baş nazir Nikol Paşinyan KTMT-nin Ermənistanda nəzərdə tutulan təliminin təxirə salındığını deyib.

Yeri gəlmişkən, bu barədə KTMT-nin Birgə Qərargahı da informasiya yayıb və 2023-cü ildə KTMT sülhməramlı qüvvələri ilə təlimlərin məqsədəuyğun olmaması barədə Ermənistandan məlumat aldığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO