Qərb ölkələrinin səfirləri Ermənistanın hakim partiyasına nota veriblər

Qərb ölkələrinin səfirləri Ermənistanın hakim partiyasına nota veriblər

Hazırda oxunan: Qərb ölkələrinin səfirləri Ermənistanın hakim partiyasına nota veriblər

113959

Beynəlxalq təşkilatların nümayəndələri, Qərb ölkələrinin İrəvandakı bir neçə səfiri Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasına etiraz notası veriblər.

Bizim.Media "news.am"a istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.

Bildirilib ki, buna səbəb hakim partiya funksionerlərinin paytaxt İrəvanın Ağsaqqallar Şurasına (İrəvan Şəhər Bələdiyyəsi) keçiriləcək seçkilərlə bağlı səsləndirdikləri bəyanatlardır. Diplomatlar qeyd ediblər ki, seçkilərin hələ keçirilməməsinə baxmayaraq, “Mülki Müqavilə” Partiyası qələbə qazanacaqlarına dair inamlı fikirlər səsləndirirlər.
Məlumata görə, bir müddət əvvəl Ermənistanın hakim partiyasının İdarə Heyətinə seçkilər keçirilib və nəticələri saxtalaşdırılıb.

Qərb ölkələrinin səfirləri vəziyyətdən narazı qalıblar və bundan sonra “Mülki Müqavilə” Partiyasına etiraz notası göndəriblər.

Qəzetin yazdığına görə, Qərbin Ermənistandakı seçki proseslərinə etimadsızlığı hakim partiyadakı saxtakarlıqlardan sonra başlayıb.

Qeyd edək ki, “Mülki Müqavilə” Partiyasının sədri Ermənistanın Baş naziri Nikol Paşinyandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO