Gürcüstan Ombudsmanı 11 yaşlı azərbaycanlı qızın nişanlanmasını nəzarətə götürdü - ÖZƏL

Gürcüstan Ombudsmanı 11 yaşlı azərbaycanlı qızın nişanlanmasını nəzarətə götürdü - ÖZƏL

Hazırda oxunan: Gürcüstan Ombudsmanı 11 yaşlı azərbaycanlı qızın nişanlanmasını nəzarətə götürdü - ÖZƏL

11205

Gürcüstanın Soğanlıq kəndində 11 yaşlı qızın valideynləri tərəfindən nişanlanması hadisəsini Gürcüstan höküməti diqqətinə götürüb.

Bu barədə Gürcüstanın  Ombustman Aparatının mətbuat xidmətinin rəhəbri Ani Tamazaşvili Bizim.Media-ya özəl açıqlamasında deyib:
 

MÖVZU İLƏ BAĞLI:

11 yaşlı qızını nişanlayan valideyni hansı cəza gözləyir? - AÇIQLAMA - VİDEO


“2021 ci il 8 Fevral tarixində Gürcüstanın Xalq Müdafiəçisi Bürosuna, iddia edilən erkən nikah hadisəsi haqqında məlumat daxil olub. Həmin andan Gürcüstanın İctimai Müdafiə Ofisi işi araşdırmağa başlayıb. Hadisə ilə bağıə İdarə Daxili İşlər Nazirliyinə və Uşaq Baxımı Dövlət Agentliyinə müraciət edilib. Araşdırmadan sonra ətraflı məlumat veriləcək”.

Xatırladaq ki, bu gün  sosial şəbəkədə  Gürcüstanın Soğanlıq kəndində olan  11 yaşlı qızla 15 yaşlı oğlanın nişan mərasimindən çəkilən görüntülər yayılıb.

Mövzu cəmiyyətimizin müxtəlif statusunda olan insanları tərəfindən ciddi müzakirələrə səbəb olub.

Gülşanə  Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO