Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatları təxribat xarakterlidir.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Belə bəyanatlar təxribat kimi qiymətləndirilə bilər. Onlar doğru deyil. Rusiya rəsmilərinin heç biri bunu deməyib və heç kim vasitəsilə erməni tərəfinin diqqətinə çatdırmayıb”, – Peskov erməni mediasının sorğusuna cavab olaraq bildirib.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, ölkənin strateji müttəfiqi Rusiya Ermənistanı “Azərbaycana öz suveren ərazisindən dəhliz verməyə”, eləcə də formalaşmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur edir.
İctimai Televiziyanın efirində o, qeyd edib ki, sentyabrın 13-də Azərbaycanla Ermənistan arasında şərti sərhəddə yaranmış gərginlik, o cümlədən Qarabağı Ermənistanla birləşdirən “Laçın dəhlizinin bağlanması” Rusiyanın Ermənistana təzyiqləri siyahısında yer alır.
Bizim.Media
- A-
- A
- A+
Region
16:49 / 27.12.2022
Kreml Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatını təxribat adlandırdı
Hazırda oxunan: Kreml Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatını təxribat adlandırdı
Hazırda oxunan: Kreml Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatını təxribat adlandırdı
111946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.