Putin Zaporojyeli qıza zəng etdi: “Bayram hədiyyəsi göndərəcəksən?

Putin Zaporojyeli qıza zəng etdi: “Bayram hədiyyəsi göndərəcəksən?" – VİDEO

Hazırda oxunan: Putin Zaporojyeli qıza zəng etdi: “Bayram hədiyyəsi göndərəcəksən?" – VİDEO

111928

Rusiya prezidenti Vladimir Putin Zaporojye vilayətində (işğal edilən) yaşayan və “Arzuların yolkası”ndan otkrıtka (açıqca) götürən səkkiz yaşlı Aleksandra Titirenkoya telefonla zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “riafan.ru” saytında yer alıb.

Açıqcada o yazıb ki, Krıma getmək və Şaxta Babanın evini ziyarət etmək istəyir.

Qızın arzusu xeyriyyə aksiyası çərçivəsində həyata keçirilib. 

Dövlət başçısı səfərin necə keçdiyini soruşub və ona Yeni il hədiyyəsi olaraq xiyar göndərməyi xahiş edib.

“Saşenka, ana və ataya salam de. Bilirəm ki, siz orada xiyar, pomidor yetişdirirsiniz. Xiyar göndərəcəksən? Mən də səndən Yeni il hədiyyələri gözləyəcəm, oldumu?”, - Rusiya lideri bildirib.
Ümumrusiya "Arzuların yolkası" aksiyası çətin həyat şəraitində yaşayan insanların arzularını həyata keçirməyə kömək edir. Tədbir 2018-ci ildən mövcuddur və hədiyyələrin və yerinə yetirilən arzuların ümumi məbləği 700 milyon rubldan çox olub. 

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO