Paşinyanın həyat yoldaşı Vardanyanın mitinq çağırışını pislədi: “Uşaqları məcbur edirlər”

Paşinyanın həyat yoldaşı Vardanyanın mitinq çağırışını pislədi: “Uşaqları məcbur edirlər”

Hazırda oxunan: Paşinyanın həyat yoldaşı Vardanyanın mitinq çağırışını pislədi: “Uşaqları məcbur edirlər”

111558

Xankəndidə uşaqları “Laçın dəhlizinin açılması” tələbi ilə aksiyalarda iştirak etməyə məcbur edirlər.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan səsləndirib.

Akopyan Facebook paylaşımında 2020-ci ilin dekabrında baş verən etirazlardan sonra fondunun Xankəndidə təşkil etdiyi Yeni il tədbirlərinin ləğvini xatırladıb. O, böyüklərin uşaqlara qarşı daha eqoist davranışını təsəvvür edə bilmədiyini deyib.
“İndi həmin böyüklər eyni uşaqlara ürək ağrıdan yazıları olan plakatlar verir, yolkaların qarşısında şəkil çəkdirirlər. Onları göz yaşlarına səbəb olan mətnləri əzbərləməyə və yazmağa məcbur edirlər, onların iştirakı ilə müxtəlif aksiyalar təşkil edir və bütün bunları dünyaya yayırlar ki, mərhəmət oyatsınlar ki, çadırlar sökülə bilsin”, – Akopyan yazıb.

Yeri gəlmişkən, Xankəndidə bu gün saat 14:00-dən başlayaraq separatçılar  mitinq keçirir. Onlar mitinqə daha çox iştirakçı toplamaq üçün səy göstərirlər.

Xüsusən Qarabağdakı erməni qeyri-qanuni birləşmələrinin üzvlərinə, hətta məzuniyyətdə olanlara da mülki geyimdə və ailə üzvləri ilə birgə aksiyada iştirak etmək əmri verilir.

Qarabağda müvəqqəti yaşayan sadə erməniləri bütün ailələrini zorla mitinqə çağırırlar. Çoxlarına mitinqdə iştirakın məcburi olduğu barədə xəbərdarlıq edilir. “Hüquq-mühafizə orqanları”nın əməkdaşlarının qatılması da tapşırılıb.

Müəllim və həkimlərə xəbərdarlıq edilib ki, mitinqə gəlməsələr, işdən çıxarılacaqlar. Gəncləri aksiyada iştirak etməsələr, problem yaşayacaqları ilə hədələyiblər.

Ətraf kəndlərin əhalisini Xankəndidəki mitinqə çatdırmaq üçün avtobuslar da ayrılıb. Aksiyanın hər bir iştirakçısına 30-40 dollar vəd edilir, aksiyanın çəkilişi üçün pulsuz internet paketləri verilir.
Qeyd edək ki, 14-cü gündür ki, Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhəri yaxınlığında, Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin əraziyə buraxılmamasına etiraz olaraq aksiya keçirirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO