İrəvanda körpünün üstündə 27 avtomobil toqquşdu – VİDEO

İrəvanda körpünün üstündə 27 avtomobil toqquşdu – VİDEO

Hazırda oxunan: İrəvanda körpünün üstündə 27 avtomobil toqquşdu – VİDEO

110560

İrəvanda 27 avtomobilin iştirakı ilə güclü qəza baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı dekabrın 20-də respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan yayıb.

“Qəza Davtaşen körpüsündə qeydə alınıb. İlkin məlumatlara görə, 27 avtomobil toqquşub. Ölən və yaralananlar olmayıb. Hazırda magistral hər iki istiqamətdə bağlanıb”, - o, sosial şəbəkələrdə yazıb.
Davtaşen körpüsü şəhər mərkəzindən şimalda Ərəbkir və Davtaşen rayonlarını birləşdirir. Razdan çayından 92 m yüksəklikdən keçir, uzunluğu 496 m-dir.

Hadisə şahidlərinin verdiyi məlumata görə, körpüdəki qəza səbəbindən yaxınlıqdakı küçələrdə tıxac yaranıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO