İran Ermənistanı sürətlə silahlandırır. Rəsmi Tehran bu gün Ermənistana silah satışını genişləndirməyi özü üçün prioritet hesab edir. Və qəribə burasıdır ki, İranın rəsmi dairələri və hökümətə yaxın mənbələri bunu çox böyük fəxarət hissi ilə qeyd edir.
Məsələn, İranın anti-Azərbaycan çıxışlarının platformalarından hesab edilən və hökumətə yaxın “Suriya xəbərləri” teleqram kanalı, eləcə də “Təhririyyə Araşdırma İnstitutu”nun informasiya resursunda bu ölkənin Azərbaycana qarşı istifadə etmək üçün Ermənistana modern silah-sursat vasitələri verdiyini təsdiqləyən məlumatlar davamlı şəkildə dərc edir.
Məsələn, Teleqram kanalının 7 dekabr tarixli sayında “İran raketlərinin Ermənistana gəlməsi və regionunun geosiyasi gələcəyi” başlıqlı yazıda qeyd edilir ki, Qərbin media mübahisəsi ölkəmiz üçün ən böyük reklam olub və 20-dən çox ölkə İran silahını qəbul etmək üçün sıraya dürub:
“Yalnız bir müştərimizin 15.000-dən çox təyyarəsi var. Amma yenə sifariş verib. Bu mənada İranın Ermənistana 500 milyon dollar dəyəri olan tank əleyhinə raketlər satması qəribə deyil.
Ermənistana silah satmaq indiki halda ən düzgün addımdır. “Dehalavieh” zirehli raketləri və “Top Attack Almas” raketləri, bir neçə döyüş, kəşfiyyat və intiharçı pilotsuz uçan aparatları İrandan Ermənistan tərəfinin alış səbətinin yalnız bir hissəsini təşkil edir. Bu silahlar Ermənistanın Azərbaycana öz yerini göstərməsində ən yaxşı vasitədir”.
“Təhririyyə Araşdırmalar İnstitutu”nun 12 dekabrda yaydığı videoda isə “ekspert” Əli Bəhrami İranın Ermənistana modern silah-sursat satmasına dair “Suriya xəbərləri” Telegram kanalında belə şərh verir. “İranın mühüm silahlarını Ermənistana göndərməklə İlham Əliyevə şok” videosüjetdə “şərhçi” Azərbaycana qarşı açıq təhdidlər səsləndirir. Ermənistana verilən silahların Azərbaycanın kabusuna çevriləcəyini deyən “politoloq” Ermənistanı açıq şəkildə Azərbaycana qaşı yeni müharibəyə çağırır. Üstəlik, o Ermənistanı silahlandırmaqda İranın əsas hədəfi Azərbaycanı regionun ən güclü dövləti olmaqdan sapındırmaq və bu ölkəni müharibə burulğanına salmaq fikrində olduğunu da gizlətmir.
“Təhririyyə Araşdırmalar İnstitutu”nun ekspert Əli Bəhrami bir az da qabağa gedərək İranın Ermənistana modern silah-sursat satmasının bir başqa hədəfini də açıqlayır:
“Azərbaycanın Türkiyə və İsrail kimi müttəfiqləri ilə yanaşı, “təkfirçi terrorçular”la birlikdə Ermənistana qarşı “təcavüzkar siyasət yürütdüyü” bir şəraitdə və Zəngəzur dəhlizini açmaq planları fonunda İranın bu addımı çox “doğru qərar”dır. Çünki, Ermənistanın güclənməsi Zəngəzur dəhlizi layihəsini tarixin yaddaşına kömə bilər. Bundan əlavə, paylaşılan yazılarda Rusiya-azərbaycan münasibətlərinə xələl gətirmək çabası da aydın şəkildə hiss olunur.
Məsələyə ilə bağlı politoloq Cümşüd Nuriyev Bizim.Media-ya bildirdi ki, “Suriya xəbərləri”
Teleqram kanalı zatən təxribatçı bir platform kimi tanınır:
“Bununla belə bu orqan İranın hakim dairələrinə çox yaxın olduğu üçün bu platformada paylaşılan informasiyalar bir növ rəsmi İranın mövqeyini ifadə edir. Molla-fars rejimi bu cür təxribatlarla 2 məqsəd güdür.
Birincisi, Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik etmək, Azərbaycanı labirintə soxmaq və zəif salmaq.
İkincisi, yüksək səviyyədə olan Azərbaycan-Rusiya münasibətlərini korlamaq. Tehran Azərbaycanın Rusiya ilə isti münasibətlərini qəbullanamır. Ona görə də hər vasitə ilə bu münasibətlərə pəl vurmaq istəyir.
Ümumiyyətlə, Tehran çox narahatdır. Azərbaycanın həm Türk dünyası üçün, həm də Avropa ilə Asiya üçün çox önəmli bir körpu olduğunu molla-fars rejimi çox yaxşı bilir. Və bu cür təxribatlarla da rəsmi Tehran Azərbaycanın regiondakı mövqeyini zəiflədəcəyini düşünür.
Fakt isə faktlığında qalır:
Dünya dəyişib, siyasi reallıqlar region üçün tam başqadır. Bu reallığın yaradıcısı və tərkib hissəsi həm də Azərbaycandır. Bu gün Azərbaycanı tutduğu yoldan heç nə sapındıra və zəiflədə bilməz. Ölkəmizlə bu döyüşə girənlərin məğlubiyyətinin tezliklə şahidi olacağıq”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
16:00 / 17.12.2022
Tehranın ETİRAFI: İran Ermənistana Azərbaycan əleyhinə silahlar satır
Hazırda oxunan: Tehranın ETİRAFI: İran Ermənistana Azərbaycan əleyhinə silahlar satır
Hazırda oxunan: Tehranın ETİRAFI: İran Ermənistana Azərbaycan əleyhinə silahlar satır
110154
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.