“Paşinyan çıxılmaz vəziyyətə düşüb” - Koçaryan

“Paşinyan çıxılmaz vəziyyətə düşüb” - Koçaryan

Hazırda oxunan: “Paşinyan çıxılmaz vəziyyətə düşüb” - Koçaryan

10991

Nikol Paşinyan anlaşılmaz və məntiqsiz kadr siyasəti ilə sadəcə öz inzibati resursunu əlaqələndirməyə çalışaraq vaxt uzadır, eyni zamanda seçkilərə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu fikri “Faktınfo” nəşrinin müxbiri ilə söhbətində siyasi texnoloq Karen Koçaryan bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın psixi pozğunluğu yaranıb, davamlı dərmanlar atır


"Yuxarıda deyilənləri nəzərə alaraq, mən belə qənaətə gəldim ki, Baş nazir işləyən insanın hərəkətlərində ümumiyyətlə məntiq axtarmaq lazım deyil, o cümlədən onun həyata keçirdiyi kadr siyasətində".

"Paşinyan hazırda çıxılmaz vəziyyətə düşüb",- deyə Karen Koçaryan dağılan iqtisadi sistemdən və onun nəticələrindən danışıb.

Siyasi texnoloqun sözlərinə görə, Paşinyan indi özünün mövcud olan inzibati resursunu cəmləşdirməyə çalışır:

"Niyə? Çünki insanlar artıq onunla işləmək istəmirlər . O isə boş qalan yerləri təsadüfi kadrlarla doldurmağa çalışır”.

"Aydındır ki, bütün bunların nəticəsi olmalıdır – iqtisadi sistem məhv ediləcək və yekunda dağılacaq", - deyə siyasi texnoloq bildirib.

Yaranmış vəziyyətdə Karen Koçaryan yalnız bir çıxış yolu görür: Baş nazir başda olmaqla bütün hakimiyyət getməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO