Rusiya xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl anonsu verilən qaz ittifaqı barədə yeni açıqlama verib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya XİN başçısı qaz ittifaqı yaratmaq ideyasının siyasi və ya geosiyasi oyun olmadığını bildirib.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 28 noyabrda Moskvaya səfəri zamanı Rusiya, Qazaxıstan və Özbəkistanın iştirakı ilə “üçtərəfli qaz ittifaqının” yaradılması məsələsini rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib.
Özbəkistanın energetika naziri Jurabek Mirzamaxmudov isə öz növbəsində deyib ki, Özbəkistan Rusiya ilə qaz tədarükü üzrə kommersiya kontraktları imzalamağa hazırdır, ancaq rəsmi Moskvanın təklif etdiyi, Rusiya və Qazaxıstanla qaz ittifaqına girmək niyyəti yoxdur.
Bizim.Media
- A-
- A
- A+
Region
19:59 / 10.12.2022
“Qaz ittifaqı yaratmaq ideyamız siyasi və ya geosiyasi oyun deyil” - Lavrov
Hazırda oxunan: “Qaz ittifaqı yaratmaq ideyamız siyasi və ya geosiyasi oyun deyil” - Lavrov
Hazırda oxunan: “Qaz ittifaqı yaratmaq ideyamız siyasi və ya geosiyasi oyun deyil” - Lavrov
108961
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.