Aİ müşahidə missiyasının işini müsbət qiymətləndirir

Aİ müşahidə missiyasının işini müsbət qiymətləndirir

Hazırda oxunan: Aİ müşahidə missiyasının işini müsbət qiymətləndirir

108791

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə göndərilən müşahidə missiyasının işini müsbət qiymətləndirir.

Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Brüsseldə yüksəkvəzifəli avropalı mənbə açıqlayıb. 

“Müşahidəçilərin iştirakının müsbət effektini müşahidə edirik. Onların mandatı dekabrın 19-u başa çatır. Hazırda gələcək imkanları müzakirə edirik”, - deyə mənbə qeyd edib. 

Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub. 
Müşahidəçilər rayona gələrək oktyabrın 20-də fəaliyyətə başlayıblar. Missiya iki ay üçün nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO