"Ermənistan Cənubi Qafqazda əsas strateji tərəfdaşımızdır" - Şoyqu

Hazırda oxunan: "Ermənistan Cənubi Qafqazda əsas strateji tərəfdaşımızdır" - Şoyqu

108785

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) bizim müttəfiqimiz və Cənubi Qafqazda əsas strateji tərəfdaşımızdır. Biz bu regionda sabitliyin qorunub saxlanmasında olduqca maraqlıyıq və bunun üçün də bütün səylərimizi göstəririk. Biz ikitərəfli əməkdaşlığın inkişafına və Ermənistan Silahlı Qüvvələrinin potensialının artırılması sahəsində yardıma xüsusi əhəmiyyət veririk”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya MN rəhbəri Sergey Şoyqu ermənistanlı həmkarı Suren Papikyanla Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB ölkələrinin müdafiə nazirlərinin Moskvada keçirilən iclası çərçivəsində baş tutan görüşündə deyib.

Papikyan isə öz növbəsində qeyd edib ki, bu il Şoyqu ilə 4-cü görüşüdür.

"Biz sizin təşəbbüsünüzü və sammitin təşkili ilə bağlı səylərinizi yüksək qiymətləndiririk. Dekabr ayı görülən işlərə yekun vurmaq və gələcək üçün planlar haqqında düşünməyin vaxtıdır", - Papikyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO