Rusiya XİN rəsmisi Mariya Zaxarova Ermənistandakı Avropa İttifaqının müşahidə qrupunun müddətinin uzadılmasını da şərh edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o bu barədə keçirdiyi brifinqdə danışıb.
O, rəsmi Brüsselin hər vəchlə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə qoşulmağa çalışdığını qeyd edib:
“Onlar bunu sırf regionda yerləşmək və Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq üçün edir. Bu, onların arzusudur. Biz buna münasibətimizi ifadə etmişik”.
XİN rəsmisi məsələ ilə bağlı Rusiyanın həm Ermənistan, həm də Azərbaycanla təmasda olduğunu və Aİ-nin Ermənistandakı müşahidə qrupunun mandatının uzadılacağı halda bununla bağlı əlavə şərh verəcəklərini deyib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:42 / 08.12.2022
"Aİ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyir" - Zaxarova
Hazırda oxunan: "Aİ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyir" - Zaxarova
Hazırda oxunan: "Aİ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyir" - Zaxarova
108567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.