Türkiyədə Hiranur Vəqfinin lideri Yusuf Ziya Gümüşelin 18 il əvvəl H.K.G. adlı 6 yaşlı qızını müridi və qonşusu olan 29 yaşlı Kadir İstekliyə ərə verdiyi ortaya çıxıb.
Bizim.Media "cumhuriyet.com.tr"yə istinadən xəbər verir ki, 6 yaşlı uşaqla K. İstekli arasında dini kəbin kəsilib və həmin gündən etibarən o, Kadir İstekli tərəfindən cinsi istismara məruz qalıb.
Bildirilir ki, o, yaşadıqlarına etiraz etmək istəsə də, Kadir ona bunun bir oyun olduğunu deyib.
Cinsi təcavüzə məruz qalan H.K.G. 13 yaşına çatdıqda nişanı, 14 yaşı olduqda isə toyu olub. O, 18 yaşı tamam olduqda isə rəsmi nikahı baş tutub. Bununla belə, onun 17 yaşında ana olduğu deyilir.
Bütün bu illər ərzində yaşadıqlarına dözən H.K.G. 18 yaşında gizli olaraq istifadə etdiyi sosial media hesabı vasitəsilə yaşadıqlarını bir qadına danışıb. Qadın isə ona əri ilə 6 yaşında evləndirilməsi barədə danışmasını, yoldaşının səsini yazmasını və polisə gedərək şikayət etməsini məsləhət görüb.
Hazırda 24 yaşı olan H.K.G. 2020-ci il noyabrın 30-u polisə müraciət edib və səs yazısını, eləcə də evləndirilərkən çəkilən fotoları təqdim edib.
Məsələ ilə bağlı məhkəmə prosesində Kadir İstekli, Yusuf Ziya Gümüşel və həyat yoldaşı Fatma Gümüşelə 27 ildən az olmayaraq həbs tələb olunsa da, sözügedən şəxslər həbs edilməyib.
Həmin şəxslər məhkəmədə uşağın 6 yaşında ərə verildiyi barədə məlumatları təkzib edərək, qızın guya 16 yaşında nişanlandığını və 17 yaşında ərə verildiyini iddia ediblər.
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi isə öz növbəsində bu məsələni nəzarətə götürüb.
Bizim.Media
- A-
- A
- A+
Region
11:18 / 08.12.2022
Türkiyədə vəqf liderinin qızı 6 yaşında ərə verilib - FOTO
Hazırda oxunan: Türkiyədə vəqf liderinin qızı 6 yaşında ərə verilib - FOTO
Hazırda oxunan: Türkiyədə vəqf liderinin qızı 6 yaşında ərə verilib - FOTO
108489
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.