“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının plenar iclasında nümayəndə heyətlərinin yeni üzvlərinin mandatları təsdiq edilməli idi. Əvvəldən bəlli idi ki, əsas intriqa Rusiya nümayəndə heyəti üzvlərinin mandatları məsələsi olacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan parlamentinin iqtisadi məsələlər üzrə daimi komissiyasının sədr müavini Babken Tunyan yazıb.
Onun sözlərinə görə, faktiki səsvermədən əvvəl səsvermənin necə keçiriləcəyi ilə bağlı 2 saata yaxın qızğın müzakirələr aparılıb:
“Səsvermədən əvvəl səsləndirilən bəyanatları nəzərə alan rusiyalı nümayəndələr Rusiya-Ukrayna münaqişəsini bu proseslə əlaqələndirməməyə, təşkilatın işini iflic etməməyə çağırıb və bəyan ediblər ki, üzvlərindən hər hansı birinin mandatı təsdiq olunmazsa, sessiyanı tərk edəcəklər.
Rusiya nümayəndə heyətinin birinci üzvünün mandatı təsdiqlənməyib, 13 nümayəndə heyətindən 7-si lehinə səs verməli olsa da, 5-i (Ermənistan nümayəndə heyəti də daxil olmaqla) səs verib. Azərbaycan nümayəndə heyəti səsvermədən əvvəl zalı tərk edib.
Bu səsvermədən sonra Rusiya nümayəndə heyəti üzvlük haqqının ödənilməsinə xitam verildiyini elan edərək zalı tərk edib”.
Babken Tunyan qeyd edib ki, Rusiya Federasiyasının illik töhfəsi təqribən 256 min avro təşkil edib:
“Növbəti gərginlik Rusiya-Ukrayna münaqişəsi kontekstində olub. Ukrayna bütün mətnlərdə “Rusiya-Ukrayna münaqişəsi” ifadəsinin “Rusiyanın hərbi təcavüzü” ifadəsi ilə əvəz edilməsini təklif edib.
Ermənistandan başqa ölkələr lehinə səs verib və tövsiyələr qəbul edilib. Yəni faktiki olaraq Rusiya təcavüzkar ölkə kimi tanınıb”.
İclas dekabrın 8-də davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Region
09:51 / 08.12.2022
Rusiya Qara dənizdə təcavüzkar ölkə kimi tanındı
Hazırda oxunan: Rusiya Qara dənizdə təcavüzkar ölkə kimi tanındı
Hazırda oxunan: Rusiya Qara dənizdə təcavüzkar ölkə kimi tanındı
108459
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.