Ermənistanın müdafiə naziri Rusiyaya getdi – Səfərin detalları açıqlanmır

Ermənistanın müdafiə naziri Rusiyaya getdi – Səfərin detalları açıqlanmır

Hazırda oxunan: Ermənistanın müdafiə naziri Rusiyaya getdi – Səfərin detalları açıqlanmır

108455

Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya işgüzar səfərə gedib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirin görüşlərinin təfərrüatları və cədvəli barədə məlumat verilmir.

Qeyd edək ki, noyabrın 24-də İrəvan şəhərində Ermənistan və Rusiyanın müdafiə nazirləri Suren Papikyan və Sergey Şoyqu arasında KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə nazirləri və Təhlükəsizlik Şuraları katiblərinin birgə iclasından sonra qısa söhbət olub. 
Papikyanın sosial şəbəkələrdə verdiyi məlumata görə, Şoyqu ilə söhbət zamanı müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair bir sıra məsələlər, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO