Keçən il sentyabrın 27-dək bölgənin iqtisadi, ticarət əməkdaşlığına və inkişafına Ermənistanın maneə olduğu təəssüratı yaranmışdı.
İndi bu salonda olanlar da daxil olmaqla bir çox həmkarlarımız inanırlar ki, hər şey bitib, sülhdən, bölgədə yeni bir təhlükəsizlik sistemi qurmaqdan, ticarətdən və iqtisadi əlaqələrin inkişafından danışa bilərik.
Bizim.Media xəbər verir ki, bu sözləri fevralın 3-də parlamentin fövqəladə iclasında “Parlaq Ermənistan” partiyasından olan deputat Taron Simonyan səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda meydanlara Azərbaycanın gerbi gətirildi
“Belə çıxır ki, indi biz “Hər şey bitdi, keçmişə qayıtmayaq, irəliyə baxaq” deməliyik. Onda gəlin Azərbaycanla necə ticarət edəcəyimizi daha yaxşı müzakirə edək, yolları necə açacağımızı düşünək.
Əgər siyasətinizi belə bir meyl üzərində quracaqsınızsa, o zaman siyasətinizdə heç bir milli komponent görmürəm” deyə Simonyan vurğulayıb.
Deputat qeyd edib ki, müharibədən sonra Ermənistan hökumətinin yalnız bir nümayəndəsi Qarabağa gedib:
“Eyni zamanda, Ermənistan Baş nazirinin özü heç olmasa işlərin necə getdiyini başa düşmək üçün Xankəndini ziyarət etməliydi. Azərbaycan Prezidenti Şuşanı ziyarət edir, Baş nazirimiz isə Xankəndinə gedə bilmir. Üç ay vaxt keçdi və Ermənistan hökumətinin maliyyəsi ilə Qarabağda bir dənə də ev tikilmədi”.
Bizim.Media