Əsli Kazımova: “İran gözümüzün içinə baxa-baxa yalan danışır”

Əsli Kazımova: “İran gözümüzün içinə baxa-baxa yalan danışır”

Hazırda oxunan: Əsli Kazımova: “İran gözümüzün içinə baxa-baxa yalan danışır”

105835

"İran qonşu olaraq Azərbaycana qarşı çox zamanlarda riyakar davranış nümayiş etdirib. Hələ müstəqilliyimiz yeni əldə olunan dövrlərdən indiyə qədər rəsmi Tehranın Azərbaycana münasibəti səmimi olmayıb. Hətta 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də təcavüzkar Ermənistana dəstək verib, bu ölkənin "problemlərinin" həllində əsaslı rol oynayıb".

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xanhüseyn Kazımlının qızı: "Parlament seçkilərinə hazırlaşırıq"


Partiya sədrinin fikrincə, İran özünü etibarsız qonşu statusunda nümayiş etdirir: 

Həm vətən müharibəsi dövründə, həm də post-münaqişə dövründə belə İran özünün qeyri-adekvat davranışları ilə seçilib. Üçtərəfli bəyannamə ilə Ermənistan üzərinə bir sıra öhdəliklər götürüb ki, onlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. İran açıq şəkildə regionda təhlükəsizlik mühitinin yaranmasına, davamlı sülhün əldə edilməsinə mane olur.

Eyni zamanda, Zəngəzur dəhlizinin reallaşdırılması prosesinə əngəl törədir. Vətən müharibəsinə qədər, hətta müharibədən sonra bir il ərzində Azərbaycanla heç bir problemi olmayan İran Zəngəzur dəhlizi məsələsi aktuallaşandan dərhal sonra aqressiv ritorikasını bərpa edib, təhdid dolu bəyanatlar səsləndirməyə başlayıb. İranın şimal-qərb bölgəsi ilə həmsərhəd olan Azərbaycan torpaqlarına Ermənistanın nəzarət etməsi siyasi baxımdan da Tehran üçün əlverişlidir. İranın Azərbaycan sərhədinə qoşun yığması, hərbi təlim keçmək adı ilə hədə-qorxu gəlmək görüntüsü yaratması isə qonşuluq münasibətlərinə xələl gətirən amillərdəndir".

Əsli Kazımova onu bildirib ki, İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi isə islamın əxlaq kodeksinə zidd olan əməllərdir:

“Riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində təzahür etmir, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasının əsasını təşkil edir. Məqsədyönlü və açıq təxribatları davam edərək, eyni zamanda da özünü “islam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim etməyə çalışır.

İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. Azərbaycan bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. İran bir məsələni nəzərə almır ki, Azərbaycan rəsmi Tehranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb.
Bununla belə, din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə edən İran İslam həmrəyliyinə zidd olan siyasət yürüdür. İrana məxsus KİV-lərdə əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan Respublikasına qarşı davamlı olaraq “ideoloji mübarizə” aparılır".

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO