Türkiyə PKK terrorçularına qarşı əməliyyat keçirdi - VİDEO

Türkiyə PKK terrorçularına qarşı əməliyyat keçirdi - VİDEO

Hazırda oxunan: Türkiyə PKK terrorçularına qarşı əməliyyat keçirdi - VİDEO

105314

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya və İraqın şimalında terrorçuların bazalarına qarşı hava əməliyyatının ilk görüntülərini paylaşıb.

Bizim.Media xəbər verir ki,  bu barədə nazirlik öz "Twitter" səhifəsində yazıb.

"Terrorçuların yuvaları birbaşa zərbələrlə məhv edilir", - deyə qeyd olunub.

Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, hava əməliyyatı PKK/KCK/YPG terrorçularının Türkiyəyə qarşı hücumlar üçün baza kimi istifadə etdiyi İraq və Suriyanın şimal bölgələrində həyata keçirilir.
Qeyd olunub ki, “Pence-Kilit” hava əməliyyatı BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq terrorizmi mənbəyində məhv etmək məqsədi ilə həyata keçirilir.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi öz "Twitter" səhifəsində terrorçulara qarşı əməliyyatın başlaması ilə bağlı paylaşım edib.

"Hesab zamanı", - deyə paylaşımda qeyd olunub.
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO