İranda son aylar baş qaldıran etirazların qarşısının alınması zamanı İranın güc strukturlarının əməkdaşları tərəfindən azı 378 nəfər, o cümlədən 47 uşaq öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə İranın İnsan Haqları təşkilatının direktoru Mahmud Əmiri-Müqəddam “Agence France-Presse” (AFP) agentliyinə bildirib.
“16 sentyabrdan bu günə kimi 47-si uşaq olmaqla azı 378 etirazçı repressiv qüvvələr tərəfindən öldürülüb”, - deyə o bildirib.
Məlumata görə, son günlər ölənlərin sayı 36 nəfər artıb.
Bildirilib ki, İranın Pakistanla cənub-şərq sərhədində yerləşən Sistan-Bəlucistan əyalətində azı 123 nəfər, Kürdüstan və Tehran əyalətlərində 40, Qərbi Azərbaycan vilayətində isə 39 nəfər həlak olub.
Mahmud Əmiri BMT-nin İnsan Haqları Şurasının gələn həftə keçiriləcək iclası ərəfəsində rejimin yalançı təbliğat kampaniyası aparması barədə də xəbərdarlıq edib: "Onların iki məqsədi var, öldürülən nümayişçiləri İŞİD kimi terror qruplarına aid etmək".
Bizim.Media
- A-
- A
- A+
Region
20:48 / 19.11.2022
İranda güc strukturları tərəfindən 378 nəfər ÖLDÜRÜLÜB - 47-si uşaqdır
Hazırda oxunan: İranda güc strukturları tərəfindən 378 nəfər ÖLDÜRÜLÜB - 47-si uşaqdır
Hazırda oxunan: İranda güc strukturları tərəfindən 378 nəfər ÖLDÜRÜLÜB - 47-si uşaqdır
105281
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.