«Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Dağlıq Qarabağla bağlı mövqeyini dəfələrlə açıqlayıb. Biz həmişə hərbi əməliyyatların dayandırılmasının və bu regiondakı mövcud problemlərin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış etdik. Bu mövqe dəyişməyib».
Bizim.Media xəbər veriur ki, bunu KTMT-nin Baş katibi Stanislav Zas təşkilatın 2020-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib:
MÖVZU İLƏ BAĞLI:
Lavrovun müavini: “KTMT-nin Qarabağ münaqişəsinə müdaxiləsinə heç bir əsası yoxdur”
“KTMT-nin bu vəziyyətə müdaxilə etməməsinə gəlincə, fikirləşmək lazım deyil ki, bizim təşkilat yalnız atəşin dayandırılması və masa arxasına keçilməsi tələbi ilə bağlı bəyanatlar verməklə kifayətlənir. Xeyr, bu belə deyil. Başa düşmək lazımdır ki, bizim müqavilə bazamız var. Orada təhlükəsizliklə bağlı qurumun dövlətə yardımı ilə bağlı dəqiq yazılıb".
"Müqavilənin 4-cü maddəsində bu barədə dəqiq qeyd olunub ki, KTMT üzvü olan ölkəyə hücum, aqressiya, onun suverenliyinə, ərazi bütövlüyünə təhlükə olan zaman həmin ölkənin müraciəti əsasında ona hərtərəfli hərbi yardım göstərilir".
"Bu hadisədə Ermənistan tərəfindən KTMT-nin hərbi yardım göstərməsi ilə bağlı heç bir müraciət olmayıb. Ona görə də biz bu mexanizmi işə salmadıq və baxmadıq”, - deyə S. Zas qeyd edib.
Bizim.Media