\'\'Baş xainin xanımı\'\' - Paşinyanın arvadını ABŞ-da belə qarşıladılar - VİDEO

\'\'Baş xainin xanımı\'\' - Paşinyanın arvadını ABŞ-da belə qarşıladılar - VİDEO

Hazırda oxunan: \'\'Baş xainin xanımı\'\' - Paşinyanın arvadını ABŞ-da belə qarşıladılar - VİDEO

10422

ABŞ-a səfər etdiyi məlum olan Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Los-Anceles hava limanında həmyerliləri tərəfindən qəzəblə qarşılanıb.

Bizim.Media Ermənistan mətbuatına istinadla xəbər verir ki, erməni diasporunun nümayəndələri Akopyanı həyat yoldaşını vətənə xəyanətdə günahlandıran plakatlarla qarşılayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın arvadını ABŞ-da hiddətlə qarşıladılar


Bu barədə erməni diasporunun nümayəndəsi Robert Marqaryan  məlumat verib.

“Baş Xainin xanımı. Onu belə bir plakatla qarşılayıblar. O, başını aşağı salıb, qızarmış vəziyyətdə yoluna davam edib. Bilməlidirlər ki, getdikləri hər yerdə insanlar eyni münasibətlə onları gözləyəcək”,- deyə Marqaryan qeyd edib.

ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərindəki Ermənistan konsulluğu qarşısında isə Paşinyanın ailəsinə qarşı etiraz aksiyası keçirilib.

Bir qrup erməni son günlərdə Ermənistanda saxlanılan şəxslərin, o cümlədən Birləşmiş Ermənistan partiyasının lideri, Qarabağ müharibəsinin iştirakçısı Vaan Badasyanın sərbəst buraxılmasını tələb ediblər.

“Baş xəyanatkarın həyat yoldaşının Los Ancelesə gəldiyini öyrəndik. Mətbuatda yer alan xəbərlərə görə, Anna Akopyan burada doğum gününü qeyd edəcək. Yaxın vaxtlarda bu məsələ ilə də məşğul olacağıq”, - aksiya iştirakçısı deyib.

Etirazçılar konsulluğun qapılarına “Yaşasın, ölən Nikol”, “Nikol, get!”, “Vətən xainlərinə yox!” və s. plakatlar asıblar.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO