“Hörmətli Azərbaycan Prezidenti Şuşada çıxışı zamanı qeyd etdi ki, “Bir müsəlman ölkəsi ermənini bağrına basıb, öpməz. Əgər belə edirsə, bu riyakarlıqdır”. Bilirik ki, Türkiyənin İslamın sünni məzhəbində öncüllüyü təsdiqlənib. Artıq ərəb dövlətləri də bunu qəbullanıblar. Şiəlikdə isə İran faktoru, Qum məktəbi ön plana çıxarılır. Lakin dünyada 100 milyona yaxın şiə var ki, onların 70%-ə yaxını türklərdir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında güneyli fəal, jurnalist-yazar Həsən Kərimzadə səsləndirib.
Fəal qeyd edib ki, dünyadakı şiələrin 60 milyona yaxını məhz Azərbaycan türkləridir:
“Bir neçə milyonu isə Xorasan türkləridir. Bəs, niyə şiəlikdə rəhbərlik bizdən alınıb, Quma verilib? Şiənin məscidindən donuzları qovan bizik, amma 60 milyona yaxın şiə Quma zəkat göndərir. Qum da onu xəncərə çevirib, ürəyimizə saplayır. Azərbaycan rəhbərliyi təkcə 60 milyon türkün dilinin, kültürünün, torpaq bütünlüyünün rəhbəri deyil. Eyni zamanda məzhəbinin də rəhbəri olmalıdır. Zamanı gəlib ki, biz şiə məzhəbinin rəhbəri olduğumuzu elan edək, zəkatı özümüzə yönəldək. Nəinki Quma gedən pulla İran Azərbaycana terrorist göndərə, yaxud da Ermənistana qaz, silah verə.
Həsən Kərimzadə qeyd edib ki, torpaq bütünlüyümüzün, eləcə də məzhəbimizin liderinin Azərbaycan rəhbəri olduğunu soydaşlarımızın diqqətinə çatdırmağımız vacibdir:
“Cənab Rəcəb Tayyib Ərdoğanla, hörmətli İlham Əliyevin necə ki, iki qardaş dövlətin rəhbləridir, eləcə də iki böyük məzhəbin lideri olmalıdırlar. Gerçəklik bundan ibarətdir ki, ermənilərin məscidlərimizə donuz bağladıqları kimi farslar da dinimizə donuz bağlayıblar. Onlar qondarma dinlərilə beyinlərimizi yuyublar. Şah İsmayılın bir əlində qılınc, digərində saz olub. Amma farslar şiəliyimizi oğurlayıb, ona əba, əmmamə geydirib, caydırıcı məzhəbə çevirib, bizə qarşı istifadə ediblər.
Bizim soydaşlarımız unutmamalıdır ki, farslar türk Ayətullahı Şəriətmədarini Qumda öldürüb, tualetə basdırdılar. Yəni, Qumda Azərbaycan şiəliyinin yerini tualet olaraq görüblər. Biz Quma sarı getdikcə, o tualetə sarı gedirik. Biz özümüzə dönəmliyik, çünki şiəliyin tarixi mərkəzi Azərbaycandır”.
Siyasi fəal şiəliyin tarixi mərkəzinə qayıtması üçün Cənubi Azərbaycanda müzakirələrin getdiyini də diqqətə çatdırıb.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Region
11:30 / 11.11.2022
“Ermənilər məscidlərimizə, farslarsa dinimizə donuz bağlayıblar” – Güneyli fəaldan QUMA ETİRAZ
Hazırda oxunan: “Ermənilər məscidlərimizə, farslarsa dinimizə donuz bağlayıblar” – Güneyli fəaldan QUMA ETİRAZ
Hazırda oxunan: “Ermənilər məscidlərimizə, farslarsa dinimizə donuz bağlayıblar” – Güneyli fəaldan QUMA ETİRAZ
103758
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.