İran telekanalından Azərbaycana qarşı daha bir TƏXRİBAT - VİDEO 

İran telekanalından Azərbaycana qarşı daha bir TƏXRİBAT - VİDEO 

Hazırda oxunan: İran telekanalından Azərbaycana qarşı daha bir TƏXRİBAT - VİDEO 

103626

İranın nifrət aşılamaqla məşğul olan “Səhər TV” kanalının aparıcıları Azərbaycan xalqına qarşı hədə səsləndirməklə yanaşı, Azərbaycan Respublikasına qarşı ərazi iddiaları irəli sürüblər.

Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, sözügedən kanalın verilişində Şimali Azərbaycanın bütün şəhərləri İranın bir hissəsi adlandırılır.

Belə ki, qadın aparıcı Naxçıvandan tutmuş Bakıya və Gəncəyə qədər bütün şəhərlərin guya İranın şimal hissəsinə aid olduğunu iddia edib.

Verilişin kişi aparıcısı isə Azərbaycan şairi Nizami Gəncəviyə aid olduğu deyilən şeiri oxuyur, baxmayaraq ki, bu misraların həqiqiliyi ekspertlər tərəfindən şübhə altına alınır. Çünki, ümumiyyətlə Nizaminin yaşadığı dövrdə İran adında bir ölkə yox idi və o, əsrlər sonra yaranıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO