Ermənistan Baş Prokurorluğu cinayət işi qaldırıb. İstintaqdan sonra Cəlal Arutyunyanla bağlı bütün şübhələr əsassız sayılıb.
Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, ilk dəfə xəsarət alanda separatçı rejimin keçmiş "müdafiə naziri" ona qarşı sui-qəsd təşkil olunduğunu deyib.
MÖVZU İLƏ BAĞLI:
Müharibə zamanı Qarabağa gələn ispan jurnalistini ermənilər necə aldatdılar? – DETALLAR
Avtomobili idarə edərkən rabitədə əngəl, mobil telefonunda vibrasiyaların şahidi olan Arutyunyan dronun yaxınlaşdığını anlayıb və maşından çölə atılıb.
Qeyd edək ki, sosial şəbəkələrdə informasiyalar dolaşır ki, Cəlal Arutyunyan İrəvan hökumətinin hərbi-siyasi qərarları ilə razılaşmırdı.
Etirazlarından biri İordaniyadan Ermənistan ordusuna gətirilən yararsız hərbi texnika ilə bağlı idi. Digər tərəfdən Arutyunyan Lələ Təpə istiqamətində əks-hücuma razı deyildi.
Xatırladaq ki, separatçı rejimin "komandanı" oktyabrın 27-də Azərbaycan Müdafiə Nazirliyi və xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi parlaq əməliyyat nəticəsində izlənilib.
Onun müntəzəm izlənilməsi pilotsuz kəşfiyyat aparatı vasitəsilə həyata keçirilib. Əmin olanda ki, C.Arutyunyan xidməti avtomobildədir və döyüş mövqelərindən birinə gedir, onun avtomobilinə operativ-taktiki pilotsuz döyüş təyyarəsindən raket zərbəsi endirilib.
C.Arutyunyanın getdiyi UAZ avtomobili raket zərbəsindən sonra tamamilə yanaraq hərbi cani ilə birlikdə məhv olub. Zərbə nəticəsində daha iki erməni terrorçusu da zərərsizləşdirilib.
Bizim.Media