“Xalqımız aldadılır ki, guya tezliklə kommunikasiyalar açılacaq və ...” - Tevanyan

“Xalqımız aldadılır ki, guya tezliklə kommunikasiyalar açılacaq və ...” - Tevanyan

Hazırda oxunan: “Xalqımız aldadılır ki, guya tezliklə kommunikasiyalar açılacaq və ...” - Tevanyan

10249

Ətrafımızda bizim hesabımıza dramatik, tarixi və taleyüklü hadisələr baş verir. Türkiyə Qafqaz regionuna daxil olmaq və burada Rusiya ilə nüfuz bölgələrini bölmək imkanı əldə etdi. I Yekaterina, II Yekaterina, Dolqorukov, Suvorov tabutda çevrilir.

Qafqazın qapılarını Türkiyə qarşısında Nikol Paşinyan açdı. Nəticədə bu, müharibəyə səbəb oldu və ölkəmizi kapitulyasiyaya gətirib çıxardı.

Bizim.Media xəbər verir ki, bu fikirləri "Siyasi iqtisadiyyat" Mərkəzinin rəhbəri Andranik Tevanyan səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Erməni politoloq: “Paşinyan məğlubiyyətini tərifləyir”


Onun sözlərinə görə, Sünik vasitəsilə Türkiyə Türk dünyası ilə birbaşa əlaqə yaratmaq imkanı əldə edəcək:

“Bu, o deməkdir ki, Şimali Qafqaz və Orta Asiya ölkələri Turan zonaları olacaq. Hər halda, Türkiyənin belə planları var. 

İran bu gedişatdan o qədər narahatdır ki, açıq mətnlə bəyan edir ki, Ermənistanın ərazi bütövlüyü onun üçün qırmızı xətdir. Bu sözlər Türkiyəyə ünvanlanıb.

Rusiya mövcud vəziyyətlə hesablaşmaq məcburiyyətində qaldı, çünki məğlub olan Ermənistan onun tam hüquqlu müttəfiqi deyil, üstəlik Nikolun Ermənistanı da”.

Tevanyanın fikrincə, indi Rusiya təkcə Qarabağın deyil, həm də Ermənistanın təhlükəsizliyinin qarantıdır:

“Bu da bizi Qafqazın inkişafında subyektə deyil, obyektə çevirir”.

O, hesab edir ki, Türkiyə Ermənistanın hesabına Rusiyanın təsir dairəsinə daxil olmaq və İran üçün problem yaratmaq üçün tarixi şans əldə edib:

“Xalqımız aldadılır ki, guya tezliklə kommunikasiyalar açılacaq və iqtisadi həyat yaxşılaşacaq (Türkiyə bizim həyatımızı yaxşılaşdırmalıdır?). Bu, Nikolun növbəti və böyük bleflərindən biridir. Bu kommunikasiyalardan yalnız Türklər və azərbaycanlılar istifadə edəcəklər.

Nikol Paşinyanın bu hədiyyəsinə görə Türkiyədə (Azərbaycanda olduğu kimi) milli qəhrəman elan ediləcəyi istisna deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO