“Zaqafqaziyada dəmir yolu layihəsi əvvəldən Türkiyənin xeyrinə olub” - Baqdasarov

“Zaqafqaziyada dəmir yolu layihəsi əvvəldən Türkiyənin xeyrinə olub” - Baqdasarov

Hazırda oxunan: “Zaqafqaziyada dəmir yolu layihəsi əvvəldən Türkiyənin xeyrinə olub” - Baqdasarov

10222

Əgər Rusiya hakimiyyəti Ermənistana və Azərbaycana dəmir yolu qurmağa kömək edərsə, bu, Türkiyənin Cənubi Qafqazdakı mövqeyini gücləndirəcək. Bundan Rusiya zərər görəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Xəbərlərin ictimai xidməti”nə politoloq, Yaxın Şərq və Mərkəzi Asiyanın Öyrənilməsi Mərkəzinin direktoru Semyon Baqdasarov məlumat verib. 

Xatırladaq ki, Rusiya, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri Cənubi Qafqazda nəqliyyat dəhlizinin tikintisini müzakirə etmək niyyətindədirlər.

Nəqliyyat qovşağının yaranması Dağlıq Qarabağla bağlı sülh müqaviləsinin maddələrindən biri idi.

Semyon Baqdasarovun sözlərinə görə, dəmir yolu layihəsi əvvəldən Türkiyənin xeyrinə olub.

Onun reallaşması Rusiyanın Cənubi Qafqazdakı siyasi çəkisinə zərbə vuracaq. Artıq Gürcüstanın energi sisteminə Türkiyənin real nəzarət etdiyi nümunə var.

"Bu layihə türklərə Cənubi Qafqazda nüfuzunu artırmaq, qaz və neft kəmərlərinin Qafqazdan Türkiyəyə getməsi üçün lazımdır. Layihə Ermənistanda müqavimətlə qarşılanacaq. Amma indi Ermənistan məğlubiyyət mövqeyindədir.

Azərbaycan və Türkiyədə səslənən hərbi bəyanatları hamı yaxşı başa düşür. Buna yol vermək Rusiya üçün sərfəli deyil, amma deyirlər ki, yol yaradın və siz ona nəzarət edəcəksiniz. Bizim onsuz da Gürcüstanda belə bir nümunəmiz var. Biz orda kimin real nəzarət etdiyini görürük.

Bu, Türkiyədir. Onlar mehmanxanalar, kafelər, başqa müəssisələr tikirlər və əhalini ələ alırlar.

Əlbəttə ki, bütün bunlar siyasi nöqteyi-nəzərdən Rusiyaya sərf etməyəcək", - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO