“Mən Nikola qarşı mübarizə aparan hər kəslə birlikdəyəm” - MİNASYAN

“Mən Nikola qarşı mübarizə aparan hər kəslə birlikdəyəm” - MİNASYAN

Hazırda oxunan: “Mən Nikola qarşı mübarizə aparan hər kəslə birlikdəyəm” - MİNASYAN

10139

“Mənə tez-tez sual verirlər ki, bu və ya digər siyasi xadimə necə münasibət bəsləyirəm. Mən deyirəm: əgər onlar Nikola qarşı çıxırlarsa, hamısı mənimlə eyni fikirdədirlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan hakimiyyəti ölənlərin sayını həyasızlıqla gizlədir - Sarkisyanın kürəkəni 


O, daha sonra bunları qeyd edib:

“Məndən müntəzəm olaraq soruşurlar ki, hər hansı bir siyasi tədbirə münasibətim necədir, istər piket, istər mitinq, istərsə də dəyirmi masa olsun. Cavab: mən hər kəslə Nikola qarşıyam.

Məndən tez-tez Nikola qarşı olan müxtəlif və ziddiyyətli fikirlərim haqqında soruşurlar. Cavab verirəm: bu adamlar mənim haqqımda nə desələr də, keçmişdə nə cür hərəkət etsələr də, onlar yenə də Nikoldan yaxşıdır.

Mənə artıq belə suallar verməyin. Mən Nikola qarşı mübarizə aparan hər kəslə, məğlub olmayanlarla, sövdələşməyə getməyənlərlə və satılmayanlarla bir yerdəyəm.

Keçmiş dedi-qodulara görə mənim ünvanıma təhqir deyən, ancaq Nikola qarşı çıxan hər kəsi bağışlamağa hazıram.

Hazırkı hakimiyyətin xəyanəti bütün vətənpərvərləri siyasi əqidələrindən asılı olmayaraq, qatı müxalifətçilərə çevrilməyə məcbur etdi.

Mən əminəm ki, biz xaini onun kürsüsündən çıxardıqdan sonra fikir ayrılıqları barədə mübahisə etməyə vaxtımız olacaq. Amma o vaxta qədər bizim bir vəzifəmiz var: Vətənimizi qurmağa bizə mane olanların təsirini sıfırlamaqdır”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO