“Qarabağdakı müharibənin ssenarisi NATO-da hazırlanıb” - Erməni hərbi ekspertdən sərsəm açıqlama

“Qarabağdakı müharibənin ssenarisi NATO-da hazırlanıb” - Erməni hərbi ekspertdən sərsəm açıqlama

Hazırda oxunan: “Qarabağdakı müharibənin ssenarisi NATO-da hazırlanıb” - Erməni hərbi ekspertdən sərsəm açıqlama

10113

Ermənilər öz məğlubiyyətlərini hələ də qəbul edə bilmirlər. Bu dəfə ermənilərin sərsəm açıqlamaları 44 günlük Qarabağ müharibəsində NATO-nun Azərbaycana dəstəyindən olub. Onların fikirncə, Azərbaycan qələbəsini NATO-nun köməyi ilə qazanıb.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə erməni hərbi ekspert Van Ambartsumyan nəşrə verdiyi müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan mətbuatındakı müharibə istəklərinin pərdə arxası MƏQAMLARI


Ambartsumyanın fikrinə görə, müharibənin konsepsiyası xüsusi olaraq, NATO-da hazırlanıb. O, ermənilərə bu hərbi əməliyyatların təhlil edib, ölkənin müdafiə strategiyasının məhz bunun üzərində qurmağı da tövsiyyə edib.

“Ona görə əvvəlcə təmassız müharibənin nə olduğunu anlamalı və sonra addım-addım, bütün lazımi vasitələri əldə edərək buna hazırlaşmalıyıq”,- deyə o, bildirib.

Görünür, ermənilər Qarabağda yaşadıqları utanverici məğlubiyyətlərini hələ də həzm edə bilmirlər.

Yoxsa niyə axı onlar gah müharibədə Azərbaycan tərəfindən muzdluların döyüşdüyünü, gah da türk ordusu ilə mübarizə apardıqlarını desinlər? İndi isə növbə NATO - nundur. Gözləyək görək, daha kimlər bizə müharibədə “kömək ediblər”? Yeri gəlmişkən, “yad planetlilər” hələ qalıb...

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO