Ermənistanda hökumət binasına hücum edənlər həbs edildilər

Ermənistanda hökumət binasına hücum edənlər həbs edildilər

Hazırda oxunan: Ermənistanda hökumət binasına hücum edənlər həbs edildilər

10092

Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhinə  keçirilən aksiyalar zamanı  hökumət binasına hücum edən 5 nəfər həbs edilib.

Bizim.Media Ermənistanın İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, onlara  faktı ilə bağlı binaların, tikililərin, nəqliyyat vasitələrinin, rabitə və ya rabitə qrupunun əvvəlcədən qəsd yolu ilə ələ keçirilməsində iştirak etmə maddəsi ilə cinayət işi açılıb.

Hazırda ilkin istintaq davam edir.

Qeyd edək ki, yanvarın 28-də neçə yüz nəfərdən ibarət qrup İrəvanın mərkəzində yenidən toplaşaraq, Paşinyanın istefasını tələb ediblər.

Sonra etirazçılar hökumət binasına soxulmağa çalışsalar da, bacarmayıblar. Polis binanın bütün girişlərini bağlalamağa müvəffəq olub. 20-dən çox aksiya iştirakçısı isə saxlanılıb.

İltifat, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO