Fransız deputat: ATƏT 30 ildə heç bir iş görmədi - EKSKLÜZİV

Fransız deputat: ATƏT 30 ildə heç bir iş görmədi - EKSKLÜZİV

Hazırda oxunan: Fransız deputat: ATƏT 30 ildə heç bir iş görmədi - EKSKLÜZİV

100508

Rəsmi İrəvan son çırpınışlarını yaşayır. 44 günlük Vətən Müharibəsindən utancverici məğlubiyyətlə çıxan Ermənistan bir çox reallıqları qəbul etməkdə hələ də çətinlik çəkir. Bu arada Nikol Paşinyan tez bir zamanda sülh müqaviləsinə imza ataraq iqtisadi yüksəliş əldə etməkdənsə havadarlarının son ümüdlərinidə sınaqdan keçirmək istəyir.

Acı məğlubiyyətlə barışmaq istəməyən rəsmi İrəvan “Minsk qrupunu diriltmə ritualı”ndan əl çəkmək istəmir. 

Deyəsən Ermənistan havadarları Nikolun son arzusunu yerinə yetirib. Söhbət Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Katibliyinin “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupun Ermənistana göndərilməsindən gedir. 

Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verib. Nazirlik bildirib ki, sözügedən missiyanın ortaya çıxaracağı nəticə və ya sənədlər ATƏT sənədi kimi qəbul edilməyəcək.

“Belə bir missiya məsələsi ATƏT-in hər hansı bir kollektiv qərar verici orqanı tərəfindən heç zaman müzakirə olunmayıb və nəticədə bu barədə heç bir qərar qəbul edilməyib. Bununla da, “ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan hər hansı bir qrup ATƏT mandatına malik deyil, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz, onun heç bir nəticəsi və ya hesabatı ATƏT sənədi kimi qəbul edilməyəcək”, - deyə XİN-in açıqlamasında qeyd edilib.

Mövzu ilə bağlı keçmiş Minsk qrupunun tərkibində yer alan Fransız hökumətinin rəsmisi, Fransa Milli Assambleyasının deputatı Jerom Lamber Bizim.Media-ya açıqlamasında bildirib ki, 30 ilə yaxın vasitəçilikdə əsas rol oynayan ATƏT-in missiyası heç bir nəticə əldə etməyib. 

“Doğrudur, 30 illik fəaliyyətdən sonra bu “qrup”un işi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tətbiqində heç bir real irəliləyişə səbəb ola bilmədi. Azərbaycan tərəfində sözsüz ki, böyük məyusluq və müəyyən yorğunluq da bu səbəbdəndir.

Yeni “missiya” göndəriməsinə gəlincə, bunun nəticəsi nə olacaq, bu, hələ ki, məlum deyil.

Ermənilər isə yaratdıqları vəziyyətlə yaşamaqla kifayətlənirlər. Sadəcə olaraq təəssüflənmək olar ki, Avropa hakimiyyəti Azərbaycandan daha çox Ermənistanın nöqteyi-nəzərini nəzərə almağa meyllidir, lakin bu, əslində yeni deyil”, - deyə Lamber əlavə edib. 

Təbii ki, ATƏT-in və ya istənilən təşkilatın Ermənistana misiya göndərməsindən asılı olmayaraq, reallıqlar dəyişməyəcək. Əgər göndərilən “missiyanın” bir az vicdanı olarsa, real həqiqətləri görməkləri də çətin olmayacaq.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO