Azərbaycanda taksilərin salonunda kameraların olması qaydası nə zaman tətbiq olunacaq? - AÇIQLAMA

Azərbaycanda taksilərin salonunda kameraların olması qaydası nə zaman tətbiq olunacaq? - AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda taksilərin salonunda kameraların olması qaydası nə zaman tətbiq olunacaq? - AÇIQLAMA

99967

Dünyanın əksər ölkələrində taksi xidməti göstərən avtomobillərin salonunda kamera quraşdırılır. Qardaş Türkiyə də isə bu qayda oktyabr ayından etibarən qüvvəyə minib. Yəni avtomobilinin salonunda kamera olmayan şəxslər taksi xidməti göstərə bilməz.

Günümüzün reallıqlarından çıxış etsək bu layihənin ölkəmizdə də həyata keçirilməsinə çox böyük ehtiyac var.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlının fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında belə bir qaydanın tətbiqi təklifini hələ bir neçə il əvvəl verdiklərini bildirdi:

“Bildiyim qədər aidiyyatı qurumlarda da bu məsələ hazırda müzakirə olunur. Bunun hansı formada reallaşacağını biz zamanla görəcəyik. Fikrimcə taksilərədə taksometr olmalıdır ki, qiymət düzgün hesablansın. Sürücü haqqında lövhə olmalıdır.
Ən əsası isə kamera olmalıdır. Çünki, sosial şəbəkələrdə yayılan biabırçı videolara tez-tez rast gəlirik. Həmin videolarda taksi sürücülərinin şit hərəkətlərini, bayağı musiqilərin güclü səsləndirilməsini və digər biabırçı vəziyyətləri görürük.

Əyləşirsən taksiyə, baxırsan ki, sürücü ən adi ədəb qaydalarını bilmir. Qadın-qız, böyük-kiçik bilmədən ağızlarına gələni danışır. Bu cür neqativ halların aradan qaldırılması üçün taksilərin salonuna kameranın quraşdırılması çox vacibdir. Digər hallarda sürücüyə heç nəyi sübut etmək mümkün olmur”.

Elməddin Muradlı onu da əlavə etdi ki, təbii ki, sürücülərin kameralara düşən və düşməyən hərəkətlərinə qiymət verəcək bir qurumun olması da vacibdir:

“Mərkəzi informasiya sistemi olmalıdır ki, bütün informasiyalar ora toplansın və o məlumatlara baxılaraq ona hüquqi qiymət verilsin. Qynar xətt ümumi olmalıdır. Çünki, hansısa şirkətin qaynar xəttinə şikayət edilməsi heç bir effekt vermir.

Məsələn, deyək ki, “Bolt” şirkətinin hansısa sürücüsündən narazısınız. Zəng vurub “Bolt”a şikayət edirsiniz.  O da deyir ki, “qeydə alındı, tədbir görüləcək”. “Bolt”un nə ixtiyarı var ki, hansısa sürücü haqqında tədbir görsün.
Bu məsələni yalnız yuxarıda dediyimiz müvafiq orqan həll edə bilər. Və belə bir orqanın yaranmasına ciddi ehtiyac var. İlk növbədə isə taksilərin salonuna kameraların quraçdırılmasına başlanılmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO