“Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət o qədər güclüdür ki, ölkəmizə qarşı müqavimət və təhdidlər var. Ona görə də bu siyasət ətrafında birləşməli və belə də davam etməliyik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
Komitə sədri xatırladıb ki, AŞPA-nın sessiyası çox gərgin keçib:
“Ermənilər və onların ətrafında toplanan şəxslər Azərbaycana qarşı elan edilməmiş informasiya müharibəsi başladıb. Ölkəmizə qarşı əvvəlcədən planlaşdırılmış, bir neçə mərhələdən ibarət hücum planı həyata keçirildi. Plan nədən ibarətdir?
Sərhədlərdə təxribatlar törədilir. Sonra video-foto şantaj, Azərbaycanın imicinə qarşı beynəlxalq səviyyədə xüsusi təxribatların törədilməsi, bunun əsasında sənədlərin qəbul edilməsi, ən nəhayət, danışıqlar prosesində nəsə əldə etmək”.
O qeyd edib ki, Avropa Şurası sanki ermənilər tərəfindən xüsusi bir məkan olaraq seçilib:
“Çünki ermənilər Avropa İttifaqı, beynəlxalq səviyyədə uduzduqlarının fərqindədirlər. Artıq Avropada da bilirlər ki, bu təxribatları kim törədir və nəyə görə törədir?”
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:03 / 18.10.2022
"Ölkəmizə qarşı təhdidlər var" – Komitə sədri
Hazırda oxunan: "Ölkəmizə qarşı təhdidlər var" – Komitə sədri
Hazırda oxunan: "Ölkəmizə qarşı təhdidlər var" – Komitə sədri
99868
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.