Azərbaycanlı jurnalist Kanadanın sanksiya SİYAHISINDA

Azərbaycanlı jurnalist Kanadanın sanksiya SİYAHISINDA

Hazırda oxunan: Azərbaycanlı jurnalist Kanadanın sanksiya SİYAHISINDA

99826

Kanada Rusiyaya qarşı sanksiya siyahısına “Zvezda” telekanalını və 34 şəxsi əlavə edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Rusiya mətbuatında yer alıb.

Mənbə yazır ki, siyahıda aşağıdakı şəxslərin adları var:

Prezidentin köməkçisi və keçmiş mədəniyyət naziri Vladimir Medinski;

Aktyorlar Sergey Bezrukov, Dmitri Pevtsov və Vladimir Maşkov;

Jurnalistlər Pavel Qusev, Nailə Əsgərzadə, Kirill Kleymenov, Andrey Kondraşov və başqaları;

İdman şərhçisi Dmitri Quberniyev və teleaparıcı, "Qazprom-Media"nın baş direktorunun müavini Tina Kandelaki;

Dövlət Dumasında “Yeni İnsanlar” fraksiyasının rəhbəri Aleksey Neçayev.

Xatırladaq ki, azərbaycanlı jurnalist Nailə Vaqif qızı Əsgərzadə 13 dekabr 1987-ci ildə Bakıda dünyaya gəlib.

O, uzun illərdir Rusiyada yaşayır. Hazırda "Rossiya 1" telekanalının efirində "Deystvuyuşiye litsa" verilişində aparıcılıq edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO