Oktyabrın 17-də Cənub Hərbi Dairəsinin hərbi aerodromundan təlim uçuşu yerinə yetirmək üçün hündürlük yığmağa çalışan “SU-34” təyyarəsinin Eysk şəhərində qəzaya uğramasının səbəbləri açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada DƏHŞƏT - Hərbi təyyarə yaşayış binasına çırpılıb – FOTO/VİDEO
Bildirilib ki, katapult edən pilotların məruzələrinə görə Krasnodar diyarının Eysk şəhərində hərbi təyyarənin qəzaya uğramasına səbəb uçuş zamanı mühərriklərdən birinin alışması olub.
Belə ki, “SU-34”-ün yaşayış məntəqələrindən birinin həyətində qəzaya uğradığı yerdə təyyarənin yanacağı alışıb.
Bizim.Media