Millimizin üzvünün qardaşı LGBT-yə qarşı olduğuna görə kapitan sarğısını TAXMADI  

Millimizin üzvünün qardaşı LGBT-yə qarşı olduğuna görə kapitan sarğısını TAXMADI  

Hazırda oxunan: Millimizin üzvünün qardaşı LGBT-yə qarşı olduğuna görə kapitan sarğısını TAXMADI  

99780

“Feyenoord”un yarımmüdafiəçisi Orkun Kökçü Niderland Erediviziyasının 10-cu turunun “AZ Alkmaar”la səfər matçında kapitanlıq sarğısından imtina edib. 

Bizim.Media xəbər verir ki, komandanın əsas kapitanı olan 22 yaşlı futbolçu sarğının göy qurşağı rəngində olmasına narazılığını bildirib. 

Dini inanclarına görə LGBT əleyhinə olan Türkiyə millisinin üzvü bunu dəstəkləyən rəngləri daşıyan sarğıdan imtina edib. Buna görə də komandanı meydana kapitan kimi müdafiəçi Gernot Trauner çıxarıb. 
“Feyenoord”un 3:1 hesabı ilə qalib gəldiyi matçda Orkun Kökçü 1 qol vurub, 1 məhsuldar ötürmə edib. 

Qeyd edək ki, Orkun Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün qardaşıdır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO