Norveç sakinləri Kamçatka yengəcinin işğalından şikayətləniblər və onlar bunu "Stalinin qırmızı ordusu" adlandırıblar.
Bizim.Media xəbər verir ki, bu barədə məqalə İspaniyanın “La Vanguardia” qəzetində dərc olunub.
1970-ci illərdə Sovet alimləri eksperiment çərçivəsində Kamçatka yengəcini Murmansk şəhərinin və Kolsk yarımadasının sularına aparmağa qərar veriblər.
KİV-in məlumatına görə, heyvanlar yeni yerə nəinki uğurla kök salıb, həm də üzərək qonşu Norveçə miqrasiya ediblər.
Mənbə yazır ki, xaricdə onlar yerli balıqçılar üçün böyük problemlər yaradırlar, çünki suya atdıqları torlar yırtılır.
Ekoloqlar, həmçinin yengəcin “işğalından” hiddətləndiklərini açıqlayıblar:
“Onlar kiçik balıqları yeyirlər, bununla da ekosistemin balansı pozulur”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:33 / 28.01.2021
"Stalinin ordusu" Norveçi işğal etdi – Yerli sakinlər şikayət edirlər
Hazırda oxunan: "Stalinin ordusu" Norveçi işğal etdi – Yerli sakinlər şikayət edirlər
Hazırda oxunan: "Stalinin ordusu" Norveçi işğal etdi – Yerli sakinlər şikayət edirlər
9978
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.