Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb.
Bizim.Media-ya Müdafiə Nazirliyindən verilən məlumata görə, Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil.
MÖVZU İLƏ BAĞLI:
Nəciməddin Sadıqov Zəfər Paradında görünmədi - SƏBƏB
Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb.
Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyinat olub-olmamasına gəlincə, nazirlik bu məsələyə aydınlıq gətirməyib.
Xatırladaq ki, N.Sadıkov 1956-cı ildə anadan olub. O, 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdi.
Bizim.Media