Rusiyanın almadığı pomidorlar başqa ölkələrə satılıb

Rusiyanın almadığı pomidorlar başqa ölkələrə satılıb

Hazırda oxunan: Rusiyanın almadığı pomidorlar başqa ölkələrə satılıb

9967

2020-ci ildə Azərbaycandan Qazaxıstana 1363 ton pomidor ixrac olunub.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dekabrdan bu günə qədər Qazaxıstana 800 ton pomidor ixrac edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Daha 13 şirkət Rusiyaya pomidor və alma ixrac edə biləcək


“Biz bir illik ixracın 70 faizini bir ayda həyata keçirdik. Rusiya bazarlarına çıxmayan məhsul başqa ölkələrə yönəldildi.

Yəni bu proses durmadı və sahibkarlarımıza ciddi ziyan dəymədi. Rusiya gedən məhsulların həcmi çox böyükdür.

Ona görə başqa ölkələrə də bu həcmdə pomidor ixracı nəzərdə tutulur. Proses 4-5 il ərzində həyata keçiriləcək”.

O qeyd edib ki, Rusiyaya satılan məhsul yüksək standarlara uyğundur, sertifikatlı məhsuldur və Avropa standartlara uyğun gəlir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO