Papa da etiraf etdi: “BMT yeni reallıqlara uyğun gəlmir”

Papa da etiraf etdi: “BMT yeni reallıqlara uyğun gəlmir”

Hazırda oxunan: Papa da etiraf etdi: “BMT yeni reallıqlara uyğun gəlmir”

99604

Roma Papası Fransisk "Allahın adı ilə səndən xahiş edirəm. Gələcəyə ümid üçün on dua" adlı kitabının fraqmentləri “La Stampa” nəşrində dərc olunub. Materialda o, hərbi münaqişələrin qarşısının alınmasında BMT kimi təşkilatların rolu və yeni reallıqlarda necə davranmaq barədə fikirlərini bölüşür.

Fransisk hesab edir ki, BMT-də islahatlara ehtiyac “açıq-aşkardır”. Onun sözlərinə görə, bu ehtiyac COVID-19 pandemiyası və Ukraynadakı müharibə beynəlxalq təşkilatın sərhədlərini aşdıqdan sonra özünü büruzə verib
Pontifik qeyd edir ki, hələ heç bir müharibə başladığı məqsədlərə çatmayıb, Liviya, Suriya və Yəmən müharibədən sonra daha yaxşı yaşamağa başlamayıb. O, Ukraynadakı müharibəyə xüsusi diqqət yetirib. Fransisk vurğulayıb ki, Ukraynadakı müharibə Qərbin mərkəzində yaşayan milyonlarla insanı humanitar faciə ilə üz-üzə qoyub.

“Müharibə dövründə bizim daha çox çoxtərəfliliyə ehtiyacımız olduğunu bir daha təsdiqləmək vacibdir. Bu baxımdan BMT artıq yeni reallıqlara uyğun gəlmir”, deyə o, əlavə edib.

Pontifikin sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsi BMT Təhlükəsizlik Şurasının daha çevik və effektiv yollar tapmasının zəruriliyini nümayiş etdirdi:

“Təşkilat iki dünya müharibəsinin təkrarlanmasının qarşısını almaq üçün yaradılıb, lakin yeni müharibə təhlükəsi hələ də davam edir”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO