Japarov Qırğızıstan prezidenti kimi vəzifəsinə başladı

Japarov Qırğızıstan prezidenti kimi vəzifəsinə başladı

Hazırda oxunan: Japarov Qırğızıstan prezidenti kimi vəzifəsinə başladı

9941

Bişkekdə Qırğızıstanın yeni seçilmiş prezidenti Sadır Japarovun andiçmə mərasimi keçirilib.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, inauqurasiya Qırğızıstan Milli Filarmoniyasında keçirilib.

Japarov Qırğızıstan xalqının rifahı naminə çalışacağına vəd edərək and içib.

Respublikanın Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurjan Şildabekova dövlət rəmzləri olan döş nişanını və prezident ştandartını Japarova təqdim edib.

Xatırladaq ki, 10 yanvarda Qırğızıstanda prezident seçkiləri və respublikada idarəetmə formasını təyin etmək üçün referendum keçirilib. S.Japarov 79,2 faiz səs alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO