Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Ermənistan-Azərbaycan sərhədinə təşkilatın mülki missiyasının göndərilməsi üzrə müzakirəsinin vaxtı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidməti Ofisinin mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan-Azərbaycan sərhədinə müşahidə missiyası GÖNDƏRİLƏCƏK – Aİ-dən RAZILIQ
Bildirilib ki, Aİ-yə üzv dövlətlər oktyabrın 17-də Xarici Əlaqələr Şurasında Ali Nümayəndə Cozep Borrellin monitorinq missiyasının yerləşdirilməsi təklifini müzakirə edəcəklər.
“Bu missiyanın əsas məqsədləri sabitliyə və etimadın yaradılmasına, eləcə də ikitərəfli sərhəd boyunca təhlükəsizliyi yaxşılaşdırmaq üçün komissiyaların işinə dəstək olacaq”, - deyə məlumatda bildirilib.
Bizim.Media